Neftçalada Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olundu - Foto

neftcalada-tibb-iscilerinin-pese-bayrami-gunu-qeyd-olundu
Oxunma sayı: 1313

Neftçala rayonunda 17 İyun -  Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, Neftçala RMX Publik hüquqi şəxsin, Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərləri və həkim heyəti iştirak edib.

İlk öncə dövlət himni səslənib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların və səhiyyə işçilərinin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Neftçala RİH başçısı Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra həyata keçirilən islahatların tibb sahəsində də öz bəhrəsini verdiyini diqqətə çatdırıb.

İcra başçısı Mirhəsən Seyidov Neftçala RMX PŞ-ə gətirilən yeni Təcili Tibbi Yardım avtomobilləri ilə də tanış olub.

Tədbirin sonunda iş fəaliyyətində fərqlənən və əhalinin sağlamlığının qorunmasında göstərdikləri səmərəli fəaliyyətinə görə bir qrup işçi heyyəti fəxri fərmanlarla təltif olunublar.