“Neftçi” 191-cidir

neftci-191-cidir
Oxunma sayı: 645

“Qafqazinfo” Apasport.az saytına istinadən məlumatına görə, 2012-ci ilin yekunlarına əsasən planetin 436 ən güclü komandası müəyyənləşib. Siyahıda Azərbaycanın 2 təmsilçisi də yer alıb.

İFFHS-in cədvəlində xeyli vaxtdır ölkəmizi təmsil edən “Neftçi” növbəti irəliləyişə nail olub. Ötən ili 90,5 xalla bitirən “ağ-qaralar” dünyanın 191-ci komandasıdır. Ötən ay 213-cü olan bakılılar irəli doğru 22 addım atıblar.

Təmsilçimizin son 21 ayda arxada qoyduğu komandalar arasında Rusiya MOİK-i, Polşa “Lex”i, İngiltərə “Stok Siti”si, Argentina “Estudiantes”i kimi komandalar var. Digər təmsilçimiz “İnter” 15 pillə geriləyərək, 410-cu yerdən 425-ciyə enib - 60 xal.

Siyahıya İspaniya “Barselona”sı başçılıq edir – 307 xal. 279 xala malik İngiltərə “Çelsi”si 2-ci sırada qərarlaşıb. 3-cü yeri isə Argentina “Boka Xuniors”u ilə İspaniya “Atletiko”su bölür – hərəyə 278 xal.