“Neftçi” “Araz-Naxçıvan”ın futbolçusunu transfer etdi

neftci-araz-naxcivanin-futbolcusunu-transfer-etdi
Oxunma sayı: 1098

“Neftçi” İqor Ribeyro ilə müqavilə bağlayıb.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi ilə anlaşmanın müddəti 2 ildir.

“Araz-Naxçıvan” klubu ilə razılaşmaya əsasən, Ribeyro bu komandanın UEFA Konfrans Liqasının ilk mərhələsindəki oyunlarından sonra “Neftçi”yə qoşulacaq.

28 yaşlı futbolçu ilə müqavilə avqustun 1-də qüvvəyə minəcək.