“Neftçi” çempionluq kubokunu şəhidlərin məzarına apardı - Fotolar+Yenilənib

neftci-cempionluq-kubokunu-sehidlerin-mezarina-apardi
Oxunma sayı: 3649

Xəbər verdiyimiz kimi, “Neftçi” tarixində 9-cu dəfə Azərbaycan çempionu olub.

“Qafqazinfo”nun məlumatına görə, bakılılar çempionluq mərasimindən sonra II Fəxri Xiyabana gedir.

Belə ki, “ağ-qaralar” çempionluq kubokunu Vətən müharibəsində şəhid olan, “Neftçi” azarkeşi, mayor Rüfət Əsgərovun hüzuruna aparır.

***

Komanda üzvləri şəhidin məzarı önünə gəliblər. Komanda üzvləri eyni zamanda Vətən müharibəsində şəhid olan Teymur Məcidzadənin də məzarını ziyarət ediblər.