“Neftçi” ÇL-də mübarizəni dayandırdı - Fotolar

“Neftçi” ÇL-də mübarizəni dayandırdı
Oxunma sayı: 5724

Futbol üzrə Azərbaycan çempionu “Neftçi” bu gün UEFA Çempionlar Liqasında növbəti matçını keçirib.

“Qafqazinfo” xəbər verir ki, Bakı klubu bu turnirin II təsnifat mərhələsi çərçivəsində Yunanıstan çempionu “Olimpiakos”la cavab oyununa çıxıb.

Səfərdə 0:1 hesabı ilə uduzan “Neftçi”, cavab qarşılaşmasında da rəqibinə eyni hesabla məğlub oloub. Bakılılar iki oyunun nəticəsinə görə ÇL-də mübarizəni dayandırıb.

Qeyd edək ki, Paytaxt təmsilçisi yoluna Avropa Liqasında davam edəcək. "Ağ-qaralar" Avroliqanın 3-cü təsnifat mərhələsində Finlandiya çempionu HİK ilə qarşılaşacaq.

Fotolar: Pərvin Zeynal

UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunu

28 iyul

21:00. Neftçi - Olimpiakos - 0:1 

Qol: Giorqos Masuras, 15

Baş hakim: Rikardo de Burqos (İspaniya)

Bakı. “Bakcell Arena”.

İlk oyun – 0:1

"Neftçi": 30. Aqil Məmmədov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 11. Harramiz Soareş, 14. Romen Bask, 24. Yusuf Laval, 26. Ömər Buludov. 29. Samir Buqrin, 36. Mamadu Kane

Baş məşqçi: Samir Abasov

"Olimpiakos": 88. Konstantinos Tsolakis, 3. Ruben Semedu, 9. Ahmed Hassan, 18. Pyer Kunde, 19. Giorqos Masuras, 24. Husseynu Ba, 25. Svetozar Markoviç, 27. Kenni Lala, 28. Matyö Valbuena, 66. Pape Sisse. 90. Vasilis Surlis

Baş məşqçi: Pedro Martins