“Neftçi” “Sumqayıt”a, “Zirə” “Qəbələ”yə qarşı

neftci-sumqayita-zire-qebeleye-qarsi
Oxunma sayı: 2420

Azərbaycan Premyer Liqasında 21-ci turun növbəti görüşləri baş tutacaq. 

“Qafqazinfo” xəbər verir ki, günün ilk matçı Sumqayıtda keçiriləcək. “Gənclik şəhəri” təmsilçisi təmirdən yeni çıxan, yenilənmiş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Neftçi”ni qəbul edəcək. 

Günün son oyunu isə Qəbələdə olacaq. Yerli komanda “Zirə” ilə üz-üzə gələcək. 

Azərbaycan Premyer Liqası
XXI tur
4 fevral

15:00. “Sumqayıt” – “Neftçi”
Hakim: Elçin Məsiyev
Stadion: Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:30 “Qəbələ” – “Zirə”
Hakim: Rəşad Əhmədov
Stadion: Qəbələ şəhər stadionu