“Neftçi”nin futbolçusunun dili qatlandı

neftcinin-futbolcusunun-dili-qatlandi
Oxunma sayı: 3782

I Divizionun 16-cı turu çərçivəsində fevralın keçiril’n “Neftçi-2” – “Mingəçevir” matçının 71-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Həbib İsmayılov ciddi zədə alıb.

“Qafqazinfo” xəbər verir ki, rəqib futbolçu ilə toqquşan oyunçunun dili qatlanıb.

Bununla bağlı “Neftçi-2”nin həkimi Famil Şıxəliyev klubun rəsmi saytına açıqlamasında bunları bildirib:

“Futbolçumuz Həbib İsmayılovun çənə sümüyünün KT-si nəticəsində zərbədən sonra əmələ gəlmiş sümük kontuziyasi mövcuddur, boyun nahiyəsinin KT-sində heç bir zədə əlaməti müəyyən olunmayıb. Onun heç bir həyatı təhlükəsi olmadığı müəyyən edilib. Həbib 24 saat həkim nəzarətində qaldıqdan sonra bu gün evə buraxılacaq”.