Neftimizin qiyməti 87 dollara çatır

neftimizin-qiymeti-87-dollara-catir
Oxunma sayı: 823

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3.19 ABŞ dolları və ya 3.8% artaraq 86.86 ABŞ dollarına yüksəlib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.