Nərgiz Paşayeva da nəvəsinə kitab yazdırdı – Fotolar

nergiz-pasayeva-da-nevesine-kitab-yazdirdi-fotolar
Oxunma sayı: 785

“Qafqazinfo”nun məlumatına görə, belə bir təşəbbüs ikinci dəfə təkrar olunub. Belə ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın nəvəsi üçün də eksklüziv hədiyyə hazırlanıb. Paşayevanın kiçik qızı Ülviyyə Rəhmanovanın oğlu Arif Rəhmanov üçün rus dilində nağıllar kitabı yazılıb. Kitabda balaca Arifin sərgüzəştlərindən bəhs olunur.

Uşağın adı isə babası Arif Paşayevin şərəfinə adlandırılıb.

Qeyd edək ki, Nərgiz Paşayevanın 2 nəvəsi var. Onun böyük qızı Aida Mahmudovanın qızının adı Sürəyyadır.