Nəsimi rayonunda dezinfeksiya işləri davam etdirilir - Foto

nesimi-rayonunda-dezinfeksiya-isleri-davam-etdirilir
Oxunma sayı: 1078

Nəsimi rayonu ərazisində profilaktik dezinfeksiyaedici tədbirlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, Nəsimi rayonu ərazisində koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması ilə bağlı qabaqlayıcı profilaktik tədbir olaraq rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerləri zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfekasiya olunur.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq rayonda sanitar epidemioloji normalara əməl olunması istiqamətində zəruri tədbirlər görülür.