Nəsimidə “Ulu Öndər, sonsuzadək gəncliyin qəlbindədir” adlı tədbir keçirildi - Fotolar

nesimide-ulu-onder-sonsuzadek-gencliyin-qelbindedir-adli-tedbir-kecirildi
Oxunma sayı: 1041

Nəsimi rayonunda “2 fevral – Gənclər günü” münasibətilə “Ulu Öndər, sonsuzadək gəncliyin qəlbindədir” adlı bayram tədbiri keçirilib. “Qafqazinfo” xəbər verir ki, tədbirdə rayonun millət vəkilləri, istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

 Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dəvət olunanları salamlayaraq bildirib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib: “Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Dövlət başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə “Azərbaycan gəncliyi Dövlət Proqramı” , “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” , “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramıları gənclərin rifahına xidmət edən mühüm dövlət proqramlarındandır.

Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Bizim rayonumuzdan da 704 gənc könüllü olaraq müharibəyə getdi, bunlardan 57-si sağlamlıqlarını itirərək qazi oldu, 20-si şəhid oldu.

Tədbir istedadlı gənclərin iştirakı ilə konsert proqramı ilə başa çatıb.