Neymar PSJ ilə müqaviləni uzadacaq

neymar-psj-ile-muqavileni-uzadacaq
Oxunma sayı: 1546

Braziliyalı hücumçu Neymar Fransanın PSJ futbol klubu ilə müqaviləni dörd il müddətinə uzadacaq.

Bu barədə “Qafqazinfo” “L'Equipe” qəzetinə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, mayın 8-də futbolçu PSJ ilə 2026-cı il iyunun 30-dək nəzərdə tutulan yeni müqavilə imzalayacaq. Neymarın hazırkı razılaşması 30 iyun 2022-ci il tarixinədək qüvvədədir.

Qeyd edək ki, 29 yaşlı Neymar cari mövsümdə 27 matç keçirib, 15 qol vurub. O, PSJ-yə 2017-ci ildə İspaniyanın “Barselona”sından keçib. Transferin qiyməti 222 milyon avro təşkil edib.