Niderlandın Baş naziri Ərdoğana zəng etdi

niderlandin-bas-naziri-erdogana-zeng-etdi
Oxunma sayı: 1837

Niderlandın Baş naziri Mark Rutte Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rutte Tviter səhifəsində yazıb. Onlar Finlandiya və İsveçin NATO-ya üzvlüyü məsələsini müzakirə ediblər.

“İndicə Ərdoğanla Türkiyənin Ukrayna böhranını həll etmək üçün yorulmaz səyləri barədə danışdıq. Biz İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyini də müzakirə etdik", - o yazıb.

Xatırladaq ki, İsveç və Finlandiya Rusiyanın Ukraynada hərbi əməliyyatlarının başlamasından sonra illərlə bitərəflikdən əl çəkərək NATO-ya üzvlük üçün müraciət ediblər.