Avstraliyalı mütəxəssis Angelos Postekoqlu İngiltərənin “Nottingem Forest” futbol klubunun baş məşqçisi vəzifəsindən azad edilib.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Nottingem Forest” bildirir ki, Angelos Postekoqlu məyusedici nəticələrdən sonra dərhal baş məşqçi vəzifəsindən azad edilib”, - deyə klubun bəyanatında bildirilib.
Bu gün İngiltərə çempionatının səkkizinci turunda “Nottingem” evdə “Çelsi”yə 3:0 hesabı ilə uduzub, komandanın bütün yarışlardakı qələbəsiz seriyası 10 matça çatıb. Komanda 5 xalla çempionat cədvəlində 17-ci yerdədir.
Son xəbərlər
Son Xəbərlər