Növbəti yanğın-xilasetmə qrupu Türkiyəyə çatıb - Video

novbeti-yangin-xilasetme-qrupu-turkiyeye-catib
Oxunma sayı: 1588

Türkiyə ərazisində baş verən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə yola salınan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu qardaş ölkəyə çatıb.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, qrup artıq Türkiyə ərazisinə daxil olub və hazırda yanğınların baş verdiyi bölgəyə doğru irəliləyir.

Qeyd edək ki, FHN-in yanğın-xilasetmə qrupunu sərhəddə Türkiyə rəsmiləri ilə yanaşı yerli sakinlər qarşılayıb.