Azərbaycanda 2026-cı il üçün Novruz çərşənbələrinin tarixləri məlum olub.
“Qafqazinfo” xəbər verir ki, bu il Su çərşənbəsi fevralın 24-nə təsadüf edəcək.
Od çərşənbəsi martın 3-ü, Yel isə 10-u qeyd ediləcək. Torpaq (İlaxır) çərşənbəsi 17 mart olacaq.
Novruz bayramı günləri isə 20-24 mart tarixlərini əhatə edəcək.
Qeyd edək ki, Novruz bayramı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib və əsrlərdir Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsi kimi qeyd olunur.
Son xəbərlər
Son Xəbərlər