Nuru Paşaya qərargah olan evdən - Fotolar

nuru-pasaya-qerargah-olan-evden
Oxunma sayı: 2794

Gəncədə səfərdə olan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Nuru Paşanın Ev Muzeyini ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, o, bununla bağlı məlumatı tvitter hesabında paylaşıb.

“Nuru Paşaya və Qafqaz İslam Ordusuna Qərargah olan, TİKA tərəfindən restavrasiya edilən Nuru Paşanın Ev Muzeyinin beş otağının ikisi Türkiyənindir” deyən Şeyxzamanlı nəvəsi Arifə xanımı ziyarət etdik, çayını içdik. 1918-dən 2020-yə Türkiyənin qardaşa açıq dəstəyini müzakirə etdik”, - səfir bildirib.