O, 2023-ün ən çox dincələn Prezidentidir - Fotolar

o-2023-un-en-cox-dincelen-prezidentidir
Oxunma sayı: 3485

ABŞ prezidenti Co Bayden 2023-cü ilin üçdə bir hissəsindən çoxunu tətildə keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “New York Post”da məqalə yer alıb.

Belə ki, Bayden ilin 138 gününü (bütün ilin 37%-i) istirahət edib. Onun bir nömrəli istirahət məkanı Delaverdəki iqamətgah olub.

Nəşrdə qeyd olunub ki, Bayden həmçinin Kemp Deviddə (Merilend), Karib dənizindəki Sent-Krua adasında (ABŞ Virciniya adaları) və Taho gölündə (Nevada) vaxt keçirib.