- Bu məktub mətni burada başqa məna daşısa da, gerçəkdə belə erməninin varlığına şahidəm, əlbəttə, o özünü balkondan atmamışdı və ya atmamışdılar, ancaq ermənilərin Qarabağda törətdikləri ilə bağlı dediyi sözlər elə bu məktubda yazıldığı kimidi. Həmin Bakı ermənisi indi Moskvada yaşayır və həyatda bir arzusu var ki, bircə kərə Bakıya gələydi və onu burda lap hava limanındaca öldürəydilər, ancaq heç olmasa bircə kərə Bakını görə, havasını ciyərlərinə çəkəydi. Mən bu faktı yeni romanımda yazmışam. Və bunun kimi başqa faktlar da o romanda yer alıb, hamısının da gerçək əsası var. Vəhşiliyə qalanda isə, bunları kimsə dana bilməz. Bu vəhşiliklər həm orada, həm burada baş verib. Bu kitabı oxuyan erməni təkcə azərbaycanlıya nifrət etməyəcək, eyni və daha ağır dəhşətlər törətmiş erməniləri, yəni özünü də qınayacaq, vəhşiliyin heç də bir qəhrəmanlıq olmadığını anlayacaq. Etiraf etməsə belə. Bayaq müsahibəsindən sitat gətirdiyim rejissor Georgi Vanyan da bunu deyir: “Xocalı artıq sovet hakimiyyətinin olmadığı bir vaxtda baş verib. Bu, artıq biz özümüz idik. Məndən yaşlı, məndən cavan olan hər kəs, mən özüm də Xocalıya görə məsuliyyət daşıyırıq”. Sadəcə, yazıçı burada Azərbaycanda gördüyü hadisələrdən bəhs etməklə elə Ermənistanda olanları da qələmə almış olur və inanıram ki, bir gün bir erməni yazarı da özündə cəsarət tapıb oralarda baş verənləri, yəni Əylislinin romanının o biri üzünü yazacaq. Əylisli bu romanı ilə ermənilərə imperativ verir. Onlar bu imperativdən heç olmasa təəssüb xətrinə hərəkətə gələcəksə, nə gözəl, gəlməyəcəksə, onda onlara, onların ədəbiyyatına, yazıçısına yazıq. Yenə də türk öz böyüklüyünü saxlamış olacaq. Necə deyərlər, böyüklük səndə qalsın!
***
“Теперь уж времена такие. Возьми да сбрасывай с балкона хоть сто армян в день. А вместе с ними и мусульман”. – Burda yalan varmı? Kimsə deyə bilməz ki, var. Ən azı deyə bilərlər ki, o adamlar Ermənistandakı hadisələrin qisasını alırdılar. Yaxşı bu, qisas idisə niyə hələ də Bakıda 30 min erməni yaşayır? Niyə oralarda ən dəhşətli işgəncələri görənlər bu ötən 25 ildə onlardan qisas almadılar? Çünki bu qisas deyildi, KQB-nin təşkil etdiyi kütləvi iğtişaş idi ki, indi kimsəyə sirr deyil. Hadisələri də məntiqli çıxması üçün Ermənistandan gələnlərin, Ziya Bünyadovun “yeraz”larının üstünə atırdılar ki, əslində o vəhşiliklərdə “yerazların” sayı heç də xüsusi üstünlük təşkil etmirdi, lakin əsasən onların adı keçirdi və əsərdə sənət dostu, böyük artist Saday Sadıqlının erməni deyə vəhşicəsinə döyülməsini görən Nuvariş nə deməliydi? “Əziz yerazlar”mı deyəcəkdi? Axı bu “köpəy uşağı yerazlar” ifadəsi də KQB-nin buraxdığı şayilərin içindəydi. İndi yazıçı olan şeyi yazmaqla “yeraz”ları necə təhqir edir, anlaşılan deyil. Camaat da nə o vaxt anlamışdı, nə indi anlayır. Sanki yenə də 90-cı ildi. Yenə həmin gözü döndərilmiş adamları atıblar ortalığa və hədə biçirlər. Verdiyim sitatın doğru olduğunu təsdiqləmək və bir az da genişləndirmək üçün şahid olduğum bir hadisə: tanıdığım bir yəhudi ailəsi vardı. Evin kişisi Valeri Azərbaycan Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsində çalışırdı. Hadisələr zamanı onu da erməni bilib ölümünə döymüş, şikəst eləmişdilər. Sonralar o ailə Azərbaycandan köçdü.
***
“Впрочем, по мнению Нувариша, вина была не в Хозяине, а в упрямстве и гордости Садая Садыглы. “Банной водичкой себе друзей зарабатывает. Дает каждому что-то, отнимая самое главное в человеке — его достоинство. Кастрирует душу народа, чтобы сделать всех тихими и послушными”,- bu parçanı verməklə Əkrəm Əylislinin xalq düşməni çıxarılmasının səbəbini göstərmək və yazını bitirmək olardı. Ancaq davam edək. Bu rakursdan yanaşmaqla bu gün Əylisliyə qarşı xüsusi canfəşanlıq eləyib gözə girmək fürsətindən yararlananları çox asan başa düşmək olar.
***
“Особенно поражен был доктор жестокостью мусульманского населения города к армянам, возможно, потому, что подобной жестокости со стороны армян он ЛИЧНО никогда не видел”. – Bu hissəni tərcüməçilər belə çevirmişdi: “Həkim, xüsusən, şəhərin müsəlman əhalisinin ermənilərə qarşı qəddarlığından heyrətə düşmüşdü. O, belə bir qəddarlığı erməni tərəfindən heç vaxt görməmişdi”. Burada yanlışlığa yol verilib. “Лично” sözü buraxılıb. Bəli, çox zaman tərcümələrdə bu sözü “şəxsən” kimi çevirib mətnə salmağa gərək olmur, burada isə bu sözsüz tərcümə, artıq yazıçıya qarşı təxribat belə sayıla bilər. Yazıçı şəxsən onun (doktor Fərid Fərzaninin) bu tip vəhşilik görmədiyini vurğulayır. Bununla da demək istəmir ki, eyni şeyi ermənilər də törətməyib. Çünki əsərin üçüncü bölümündə Saday Sadıqlının xanımının diliylə o vəhşiliklər oxucuya çatdırılır. Lakin bu da var – şəxsən mən bu romanın redaktoru olsaydım, o son cümləni mətndən çıxartdırardım. Çünki necə deyərlər, tülkü tülkülüyünü sübut eləyincə vurub dərisini boğazından çıxararlar.
***
“Желание отправиться в Эчмиадзин, чтобы с благословения самого католикоса принять христианство, навсегда остаться там монахом и молить Бога простить мусульманам зло, которое они совершали над армянами, неожиданно возникло в душе Садая Садыглы в одну из ночей после событий в Сумгаите. И позже Садай Садыглы уже не мог понять, во сне или наяву пришло к нему это желание. Однако в то утро он проснулся преисполненный радости, умылся, с аппетитом позавтракал, с удовольствием выпил чаю и, не в силах сдержаться, возбужденно поделился с женой этой новой фантастической идеей. Азада ханум, и без того в последнее время испытывавшая серьезное беспокойство о психическом состоянии мужа, в тот день на работе не находила себе места, а вечером позвонила в Мардакяны и, чуть не плача, рассказала обо всем отцу”. – Romanın ikinci hissəsinin əvvəllərində gələn bu hissəni rahatca ermənilərə jest və ya epataj adlandırmaq olar. Adlandırırlar da. Yəni gerçəyi yazırıqsa, ola bilməz ki, belə bir humanist zat ermənilərin də azərbaycanlıların başına gətirdiyi vəhşətləri bilməsin və ya düşünməsin. Hətta Bakıdakı ermənilər özləri belə, Ermənistandakı hadisələri bilir, Bakıda bunun əvəzində qorxulu hadisələr törəyəcəyini hiss edir, yerlilərini lənətləyirdilər. Lakin müəllifin ustalığı burada da onun köməyinə gəlir – Saday Sadıqlı anlaya bilmir ki, bu ideya onun ağlına yuxuda gəlib, ya gerçəkdə. Bunu səhər yataqdan qalxanda düşündüyünə görə, demək ki, yuxuda belə fikirləşib. Yuxular, yazının əvvəlində xatırlatdığım kimi, Freydə görə də, xalq yozumlarına görə də aldadıcı (tərsinə yozulma) və maskalanmış (gizlədilmiş) olur. Demək ki, Sadayı narahat eləyən həm də Ermənistandakı vəhşətlərdi. Bundan başqa səhər fikrini həyat yoldaşı Azadə xanıma dedikdə müəllifin xüsusi məna daşıyan cümləsi gəlir: “Азада ханум, и без того в последнее время испытывавшая серьезное беспокойство о психическом состоянии мужа...”. Demək ki, bu qarşılıqlı dəhşətlərin yaratdığı bir nevrozdan, psixoloji diskomfortdan söhbət gedir həm də. Bəli, istənilən qanlı hadisələr bir ziyalının, eləcə də kütlənin ruhi aləmini bu şəkildə darmadağın eləyə bilər. Gələcək də bu hadisələrdən sığortalanmayıb, deməli, bu darmadağın ruhların sağalması üçün mütləq nəsə düşünmək lazımdı – qarşılıqlı. Əylisli isə bir yazar olaraq bu romanı düşünə bilib. Fikrini ifadə etmək üçün seçdiyi qəliz vasitələr isə, millətlər bir yana qalsın, onun özünü çətin duruma salıb.
Ciddi psixoloji qatlara getmədən yalnız şivənə qapılmaq olar. Bu isə müəllifin gizlinləri açmağı oxucunun öhdəsinə buraxdığını göstərir. Lakin bu mövzuda oxucunu zorlamaq heç də tam yerinə və zamanına düşmür. Torpağının 20 faizi işğal olunmuş azərbaycanlı oxucunu bu gün dəhşətin anatomiyası deyil, xronologiyası və üzü maraqlandırır ki (əslində tənbəl Azərbaycan oxucusu hər mövzuda belədi), Əylisli də burada o xronologiyanı vermir və bəlkə də dediyim ki, qəsdən vermir. Çünki ona bu romanı yazdıran səbəb var... Doktorun qoyduğu diaqnoz da yazıçının fikrinə aydınlıq gətirir: “Доктор Абасалиев, навсегда распрощавшийся с медициной и едва ли не со студенческих лет страстно собиравший из разных источников любые факты из истории Айлиса, без особых затруднений поставил зятю диагноз: “Маниакально-депрессивный синдром, - сказал он (...)”.
Əslində əsərin açarı elə bu nöqtədə olmalı. Erməni sevgisiylə “alışıb-yanan” Saday Sadıqlı ruhi xəstədi. Romanın ikinci hissəsində verilən bu açar bütün əsərə güzgü tutur və yazarın fəndi olaraq onu ən azı öz vətəndaşlıq vicdanı qarşısında mühakimələrdən xilas eləyir. Çünki həm də bu əsər vətənpərvərliyə deyil, barışa xidmət edir. Buna görə də yazıçı bu gün oxucuların onun əsərində nəyi anlamadıqlarını açıq deyə bilmir. Lakin bunu deyir: “Bu romanı anlaya bilməyiblər”. Lakin vicdanından rahat olan yazıçı “zəhmətkeş ictimaiyyətin” şiddətindən qurtula bilmir, çünki onların fikri əsəri oxumamışdan belə yanlış istiqamətə yönəldilib. Həm də ona görə ki, fikri “Birinci”dən və trilogiyanın ondan bəhs edən üçüncü romanından yayındırsınlar. Ama arada fiasko var, çünki indi hər kəs o üçüncü romanı axtarır...
Erməniyə qahmar çıxmaqda onu Pamukla müqayisə eləyib üstünlüyü ikinciyə verir, bunu belə izah eləyirlər ki, o, barı bunları bir müsahibəsində deyib, kitabında yazmayıb. Bu fikir kökündən yanlışdı. Çünki müsahibədə deyilən fikir bədiilikdən uzaq olduğuna görə birbaşa məna daşıyır, daha xəyanətkar sayıla bilər. Roman isə vur-tut bədii təxəyyülün məhsuludu. Əylisli heç bir müsahibəsində azərbaycanlıların qatil olmasını dilə gətirməyib, gətirməz də.
Bu hissələrdən başlayaraq az əvvəl doktorun qoyduğu diaqnozu rəhbər tutmadan Sadayı anlamaq mümkün deyil. Gərək onun fikirlərini oxuduqca unutmayasan: “Маниакально-депрессивный синдром”. Həyat yoldaşı da elə bunu deyir:
- Перестань, папа! Ты все превращаешь в шутку, — сказала Азада ханум несколько раздраженным голосом. — Он болезненно переживает судьбу каждого бакинского армянина, как будто только он обязан беречь их от всякого посягательства. Любой армянин стал для него дороже него самого. КАК БУДТО ВСЕ ОНИ АНГЕЛЫ НЕБЕСНЫЕ, А МЫ — ТОЛЬКО ПАЛАЧИ, ЖАЖДУЩИЕ ИХ КРОВИ. (seçdirmələr mənimdir – P.C.) Он только о тех айлисских армянах и думает и никак не может понять, что нынешние армяне не намного лучше этих наших безмозглых крикунов. Он никак не может забыть ту резню, которую тогда устроили в Айлисе турки и КОТОРОЙ САМ ОН НЕ ВИДЕЛ. Это ты, папа, сделал его таким”. – Doktor Abbasəliyev sovet ziyalısıdı. Yazıçı Azada xanımın diliylə görmədiyimiz şeylər haqqında yalançı sovet təbliğatına işarə edir. Gəncləri böyüdən, tərbiyə edən, yönəldən, fikrini formalaşdıran da onlardı və bunun da nəticəsində Saday kimilərin yanlış yuxuları meydana gəlir... Həmin təbliğatda Şaumyanları az qala Azərbaycan xalqının xilaskarı kimi göstərənlər, ona heykəl ucaldanlar kimlər idi bəs? Onlar da Əkrəm Əylisli kimi linç edildilərmi? Xeyr, linç edən elə onlar özləridi...
***
Və doktorun qızına cavabı və o cavabdakı möhtəşəm məqam: “Нет, доченька, я здесь почти ни при чем. Он с рождения — человек честный, совестливый и ранимый. И не в том дело, какими стали теперешние армяне, а в том — какие сейчас мы. САДАЮ НЕТ ДЕЛА ДО ТЕХ ИЛИ НЫНЕШНИХ АРМЯН. ОН ДУМАЕТ ТОЛЬКО О НАШЕЙ С ТОБОЙ НАЦИИ. ТЫ ЖЕ ЗНАЕШЬ, КАК ИСКРЕННЕ ЛЮБИТ ОН СВОЙ НАРОД, ЭТИМ ОН КАК РАЗ И ОТЛИЧАЕТСЯ ОТ РАЗНОШЕРСТНЫХ БЕЗМОЗГЛЫХ КРИКУНОВ, КОТОРЫЕ РАСПЛОДИЛИСЬ ТЕПЕРЬ ПО ВСЕМУ МИРУ, КАК ГРИБЫ ПОСЛЕ ДОЖДЯ”. Fikirlərini daha dəqiq çatdırmaq üçün o, Sadayın Məcnunluğu haqda danışır, Məcnunun sərkərdə Nofələ, ona görə Leylinin atasıyla vuruşan şəxsə qarşı savaşını xatırladır. “Потому что это и есть подлинная любовь. Подлинная любовь не знает никаких границ. Так можно любить и женщину, и Родину. Любовь эта - чистое зеркало, доченька, в ней отражаются только доброта и милосердие. Она не от жизни, а от Бога. Вот чем болен и он — наш Меджнун. И как хорошо, моя девочка, что от такой болезни еще не найдено лекарства, — заключил доктор Абасалиев со слезами в голосе, признавая свою беспомощность в создавшейся ситуации”. Bu güzgüdən ermənilərdə yoxdurmu? Yoxsa nifrət onların aynasını elə kirlədib ki, artıq nə özlərini, nə düşmənlərini sevə bilirlər? Bu, yazıçı üçün maraqlı deyil. Bu əsəriylə onların da sevgi aynasını təmizləmək və Tanrıdan gələn bir sevgiylə arınmalarını istəyir. Ancaq sən saydığını say, gör fələk nə sayır. Ermənilərdən öz xalqına sevgi umarkən onun aynasını elə özünkülər qırmağa başlayır.
***
“И еще — наполняющие сердце сиянием свежести только-только расцветающие подсолнухи, посаженные в церковном дворе живущим недалеко от церкви Мирали киши, превратившим Божий дом в собственную кладовку для дров, сена, соломы”. – Bu yerdə Şuşa məscidi yada düşür. Lakin gəlin düşünək. Yazıçı hər belə faktın qarşısında bir də onun analoqunu versə, yəni tez-tələsik Şuşa məscidindən danışsa, ya Xocalıdan söz salsa, bu əsərdə hansı bədiilik qalacaq? O zaman bu əsərin bir azərbaycanlı ilə bir erməninin ateistlərlə dindarların bitib-tükənməyən deyişməsinə bənzər deyişməsindən başqa bir şey olmayacağı üzə çıxacaq. Lakin yazıçı bunu deməklə elə Şuşa məscidinə də göndərmə verir, baxmayaraq ki, söhbət burada 52-ci ildən gedir. Və Şuşa məscidi haqda yazmağı da yazıçı öz göndərməsi ilə erməni yazıçısının boynuna yükləyir. Dediyim kimi, artıq bunun işartılarını görməyə başlayırıq.
Əylisliyə qarşı irəli sürülən bir nadan iddiaya da münasibət bildirməyə dəyər. Onu qınayırlar ki, niyə bu əsərdə Xocalı soyqırımından, Qarabağın işğalından danışmır. Bu qədər sadə bir şeyi anlamaq üçün nə qədər ağıl lazımdı ki? Əsər 1990-cı il yanvarın 13-nə kimi olan bir dövrdən bəhs edir və bu, hər il Xocalı qətliamının baş verdiyi günlərdə yazılan qəzet məqaləsi deyil.
***
“Айлис, юноша, это Божественное совершенство! — не раз восклицал доктор Абасалиев, обращаясь к Садаю. — И за то, что мы с ним сделали, нам придется отвечать перед Богом в Судный день”. – Burada yenə erməni vicdanına qıcıq ötürmə var. Və bir də, bu hadisə türk-erməni qırğınları silsiləsində bir halqa kimi deyil, əlahiddə hadisə kimi göstərilir və doktor Abbasəliyev də məhz, bu hadisəyə qiyamət günü cavab verməkdən danışır. Eyni erməni doktorunun da belə düşünməsi üçün yazıçı təklif verir və zəmin hazırlayır. Bütün söhbətlər özünütənqid nəticəsində barışıqdan gedir. Yəni erməni də öz tövbəsini eləyir, özünü Tanrı qarşısında suçlu çıxarır və türkə doğru bir barış addımı atır.
***
“Старая Айкануш усадила Джамала у костра на плоский речной камень. Садай наполнял кувшин теплой водой и лил на голову Джамала, а Айкануш терла мылом эту вшивую голову, до крови расчесывая ее ногтями, потом опять мылила и опять мыла, приговаривая тихим жалобным голосом:
- Родненький. Бедный мальчик. Сиротинушка!
И сейчас, лежа без сознания на койке бакинской больницы, Садай Садыглы так отчетливо, так близко слышал этот голос, что, окажись даже старая Айкануш в этой палате рядом с ним, этот жалобный голос не звучал бы так явственно”. – Deyirlər, aşıq gördüyünü çağırar. Saday gözlərilə ancaq bunları görüb və ermənini ancaq xoş hislərlə xatırlayır, bu nöqtədən də bütün ermənilərə yanaşır. Ermənistanda uşaqları dəmir boruya salıb ağzını qaynaq eləyərək öldürmək xəbəri bir erməninin bir türk uşağının başını bitdən-sirkədən təmizləməsi qədər duyğu yarada bilmir. Çünki birində insanlıq və analıq sevgisi, birində isə gözü qızmış, artıq etnik mənşəyi itmiş, bir anda insanlığı belə buxarlanmış manyak kütlənin vəhşiliyi, heyvanlığı var ki, səbəb nə olur-olsun, biz tərəfdən bənzər hadisələrin olması hətta cüzi də olsa faktdı. Yazıçı bir kiçik sevgi faktını bir kütləvi amansızlıq aktından böyük göstərir, onun fövqündə qoyur, çünki yazıçının missiyası da elə bu olmalıdı. Axı yazıçı faşizmi deyil, doğru-yanlış – öz bildiyi şəkildə humanizmi təbliğ eləyir. Hər iki tərəfi də buna çağırır.
***
Roman sözün hər mənasında bədbin notlarla bitir. Əsərin qəhrəmanı Saday Sadıqlı sonunda xilas edilə bilmir, dünyasını dəyişir. Bu, Azərbaycan ziyalısının, Azərbaycanda humanizmin həmin günlərdə məğlubiyyətini təcəssüm etdirir. Bu ölüm həm də barış ideyasının sonu anlamına gəlir. Sanki böyük bir missiya ilə çıxış edən müəllif özü də bu missiyasının baş tutacağına inanmır. Çünki cəmiyyətdə qulaqkəsənlər at oynadır, mühafizə olunur, maddi cəhətdən təmin edilir və getdikcə cəmiyyəti daha da çürüdürlər.
***
Azərbaycan dövləti sülh yoluyla Qarabağın qaytarılması ideyasını qəbul edir, bu yöndə bacardığı şəkildə çaba göstərir. Dövlət başçıları görüşür, əl sıxışır, Minsk qrupu gəlib-gedir, yollar arayırlar. Əkrəm Əylisli də Türkiyənin “Agos” qəzetinə müsahibəsində deyir: “Mən sülhə səs verirəm”. Soyqırım söhbətlərini yerli-dibli qəbul etməyən mərhum Hrant Dinkin qəzetində bu fikir manşetə çıxarılıb, həm də Azərbaycan türkcəsində. Lakin sülh yoluyla Azərbaycanı qaytarmaq, erməni vətəndaşlarının təbəəliyini yenidən qəbul etmək istəyən hökumət Əylisliyə qarşı tutduğu bu xətlə ölkəmizə necə ziyan vurduğunu anlayırmı? Ermənilər deməzmi: “Siz bizim haqqımızda xoş söz deyən bir türkü bu cür linc edirsinizsə, onda biz ermənilərin halı necə olar?.. Əylislinin fəxri adlarını alanlar, kitablarını tonqala atanlar bizi də yandırmazmı?” Beləcə, Qarabağın sülh yoluyla qaytarılması bir neçə siyasi (“Xozeyin”lə bağlı) abzasa görə təhlükə altına qoyulur və bu, hakimiyyətin vecinə də deyil. Əslində hakimiyət bu kitabı bayraq eləyib dünyanın gözü qarşısında erməni diasporu və rəsmilərinin gözünə soxa, kimin barışığa daha yaxın olduğunu isbat edə bilərdi. Lakin görünür, Qarabağın bu günkü statusu daha sərfəlidi. Elə hər iki tərəf üçün. Birinə qalib kimi, birinə də ağrımaz başına əski bağlamaq istəməyənlər kimi.
Qoy Əylisli vətən xaini olsun, erməni olsun. Bəs gözləri qızmış insanların qarşısını nə kəsir? Niyə gedib Qarabağı almır, erməniləri süpürüb Ermənistana atmırlar? Əylislimi kəsir onların qarşısını? Lazım gəlib çıxmayıbmı? Ya problemin sülh yoluyla həllinə tərəfdar olduqlarına görə? Bəs Əkrəm Əylisli nə istəyir?..
Birinci hissəni aşağıdakı linkdən oxuya bilərsiniz
Əkrəm Əylisli, bundan sonra yuxu görəndə yaxşı-yaxşı fikirləş!..
Pərviz Cəbrayıl, xüsusi olaraq “Qafqazinfo” üçün