Məlum olduğu kimi, Kahramanmaraşda orta məktəbə silahlı hücum edərək 9 nəfəri qətlə yetirən 14 yaşlı şəxs birinci dərəcəli polis rəisi olan U.M-nin oğlu olub.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, yeniyetmə hücumu atasına məxsus xidməti silahlarla törədib.
Xatırladaq ki, 14 yaşlı İ.A.M. atasına məxsus 5 tapança və 7 dolu daraqla orta məktəbə daxil olaraq 8 şagirdi və bir müəllimi qətlə yetirəndən sonra intihar edib.
Son xəbərlər
Son Xəbərlər