“OBA” bu bayram da sevindirdi.... - Video

oba-bu-bayram-da-sevindirdi
Oxunma sayı: 1660

“OBA” marketlər şəbəkəsi Şirvan şəhərində yaşayan sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi keçirib.

“Qafqazinfo” xəbər verir ki, “OBA” marketlər şəbəkəsinin təşkilatçılığı ilə “Hər Obada Bayramdır” layihə çərçivəsində keçirilən tədbir “Güvən” Xeyriyyə İctimai Birliyi və Şirvan şəhər “Gənclər Evi”nin dəstəyi ilə baş tutub.

“Dünyanı gözəlləşdirən bizim fərqimizdir” şüarı ilə 30-dan çox balacanın iştirak etdiyi bahar şənliyində əyləncəli oyunlar, milli şou-proqramlar uşaqlara əsl bayram abu-havası yaşadıb.

Qeyd edək ki, “OBA” marketlər şəbəkəsi tərəfindən “Hər Obada Bayramdır” layihəsi çərçivəsində mütəmadi olaraq Azərbaycanın müxtəlif regionlarında yaşayan sağlamlıq məhdudiyyətli uşaqlar üçün bu tipli şənliklər təşkil edilir.

Bu dəfə isə məqsəd 21 mart tarixinin Novruz bayramı ilə yanaşı, həm də Beynəlxalq Daun Sindromu Günü olduğuna diqqət çəkmək və ictimaiyyətdə həssasiyyət yaratmaq olub.

Marketlər şəbəkəsi layihəni ilboyu xüsusi əhəmiyyətli bayramlarda davam etdirəcəyini bildirilib.