Odlar Yurdu Universiteti 2019/2020-ci tədris ili üçün mövcud 22 ixtisasdan 7-nə minimum 150 balla tələbə qəbulu edir.
“Qafqazinfo” xəbər verir ki, ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Keçid balı 150 olan ixtisaslar aşağıdakılardır:
I qrup:
İstehlak mallarının ekspertizası və marketinqi
II qrup:
Turizm və otelçilik
Marketinq
Biznesin idarə edilməsi
Kommersiya
III qrup:
Sosial iş
IV qrup:
Ekologiya
Qəbul olanlar Azərbaycan, rus və ingilis bölməsində təhsil ala bilərlər;
Bütün ixtisaslar üzrə illik təhsil haqqı 2000 AZN təşkil edir;
Tələbələrə təhsil haqqını hissə-hissə ödəmək imkanı verilir;
Dövlət sifarişi və ya ödənişli əsaslarla qəbul olmağından asılı olmayaraq kəsri olmayan tələbələrin Dövlət tərəfindən təqaüd almaq imkanı;
İkili diplom proqramına əsasən məzunlar həm Odlar Yurdu Universitetinin, həm də İsveçrənin Swiss Montro Biznes Universitetinin (Swiss Montreux Business School) diplomunu əldə edəcəklər;
Eyni ixtisas qrupunda təhsil alanlar üçün ikinci ixtisas üzrə də diplom almaq imkanı verilir;
Bütün ixtisaslar üzrə ikinci ali təhsil almaq imkanı;
Təhsil müddətində nəzdimizdə fəaliyyət göstərən institutlarda, texnoparkda, mərkəzlərimizdə praktiki hazırlıq aparılır.
Ətraflı məlumat üçün Odlar Yurdu Universitetində fəaliyyət göstərən Abituriyent Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.
Ünvan: Bakı şəhəri, Koroğlu Rəhimov küç.13
Tel.: (+99412) 465 82 00, 055 860 80 64
E-poçt: info@oyu.edu.az
Sayt: www.oyu.edu.az
Rəsmi facebook səhifəsi: https://www.facebook.com/OdlarYurduUniv/