Mail.Ru Group-a daxil olan sosial şəbəkələrin marketinq və strateji kommunikasiyalar üzrə direktoru Aleksandr İzryadnov bugünkü mətbuat konfransında “Odnoklassniki”nin yerli istifadəçilərinin öz dostları və yaxınları ilə doğma dildə ünsiyyətdə olmasına biznesmenlərin şərait yaratmasının səbəblərini açıqlayıb.
Onun sözlərinə görə, gündəlik Azərbaycan portalının istifadəçiləri 400 min nəfərə yaxındır. İstifadəçilərin 38%-i m.odnoklassniki.ru mobil versiyasını yükləməklə dostlarla telefonun köməyilə danışmağa üstünlük verirlər./contact.az/
Alexa.com qlobal araşdırmalar şirkətinin məlumatına görə, Mail.ru, Youtube.com, Google.com və Facebook ilə yanaşı bu sosial şəbəkə də ölkənin beş populyar saytı sırasına daxildir.
“Odnoklassniki” rəhbərliyi bildirib ki, resursun lokalizasiyası iki mərhələdə keçiriləcək – artıq mobil versiya Azərbaycan dilinə tərcümə edilib və yaxın ayda əsas sayt da lokallaşdırılacaq.
Son xəbərlər
Son Xəbərlər