“Oğlumun qatili Dubayda dincəlir”

oglumun-qatili-dubayda-dincelir
Oxunma sayı: 11135



“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, İlham Məmmmədov ötən il Bakıda qətlə yetirilən Qərb Universitetinin tələbəsi, Almaniya vətəndaşı, milliyyətcə yarıalman-yarıazərbaycanlı olan Vüsal Şilderin öldürülməsindən əvvəl onun avtomobilinə narkotik maddə atmaqda və polis bölməsinə apararaq şərləməkdə təqsirli bilinir.

Qeyd edək ki, 21 yaşlı V.Şilder 2013-cü il, mayın 2-də bıçaqlanaraq qətlə yetirilib.

Kənan Babayev səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyindən proses sabah saat 17:20-yə təxirə salınıb.

Mərhum Vüsal Şilderin anası Mətanət Poladxan qızı Şilder virtualaz.org saytına açıqlamasında cinayət işində adı keçən Xəyal Əlizadənin İnterpol xətti ilə axtarışda olmadığını dedi: “Oğlumun qətlinin əsas təşkilatçısı bu adamdır. Prokurorluqdan bizə dedilər ki, Xəyal Əlizadəni interpol xətti ilə axtarışa vermişik, həbs olunub. Amma biz özümüz müəyyən etdik ki, Xəyal Əlizadənin adı axtarışda olmayıb, heç kim də onu tutmayıb. Bizdə olan məlumata görə, hal-hazırda Dubayda dincəlir”.

M.Şilder deyir ki, istintaqın niyyəti həbsdə olan üç nəfərin həbs müddəti bitdiyinə görə Xəyal Əlizadənin işini onlardan ayırmaq, məhkəməyə göndərməkdir: “Amma bizə bu üç nəfər maraqlı deyil. Bizi əsas qətlin sifarişçisi maraqlandırır”.

Almaniya vətəndaşı olan 23 yaşlı Vüsal Şilder 2013-cü il, mayın 2-də Bakının Nərimanov rayonu Ə.Rəcəbli küçəsində bıçaqlanaraq öldürülüb. Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi, 18-ci polis bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elman İsgəndərov, Seymur Talıbov və Rüfət Zakirov saxlanılıblar.

Cinayət işində adı hallanan X.Əlizadə uzun illər daxili işlər orqanlarında yüksək vəzifələrdə çalışmış Məzahir Əliyevin oğlu, Prezident Adminstrasiyasının sabiq işçisi Tariyel Ağayevin kürəkənidir. Bir müddət əvvəl X.Əlizadənin Birləşmiş Ərəb Əmirliklərində saxlanıldığı və ekstradisiya olunması üçün tədbirlər görüldüyü barədə məlumat verilmişdi.

Qeyd edək ki, V.Şilderin atası Adolf Şilder bir vaxtlar “Mercedes Benz”in Azərbaycan nümayəndəliyinin rəhbəri işləyib.