Oğurluğa getdiyi obyektdə öldürüldü

ogurluga-getdiyi-obyektde-olduruldu
Oxunma sayı: 5098

Qazax rayonunda qətl törədilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun İkinci Şəxlı kəndində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Nəsimi İsmayılov mühafizəçi işlədiyi obyektə oğurluğa gələn 1999-cu il təvəllüdlü Feyruz Mansurova bir bıçaq zərbəsi endirib.

O, hadisə yerində ölüb. Qətli törədən N.İsmayılov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd