Oğuzda 11-ci sinif şagirdi dərs zamanı öldü

oguzda-11-ci-sinif-sagirdi-ders-zamani-oldu
Oxunma sayı: 4564

Oğuzda 11-ci sinif şagirdi dərs zamanı ölüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Çaldaş kənd tam orta məktəbində baş verib. Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi 2006-cı il təvəllüdlü Zarina Əhməd qızı Əzizova məktəbdə idman dərsi zamanı qəfil halı pisləşib. 16 yaşlı Z.Əzizova Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.

İlkin ehtimala görə, məktəblinin ölümünə səbəb ürək tutmasıdır.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Məmmədov