Oktyabrın ilk gününün havası açıqlandı

oktyabrin-ilk-gununun-havasi-aciqlandi
Oxunma sayı: 5260

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 21-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq.

Oktyabrın 1-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 20-24, dağlarda gecə 4-8, gündüz 9-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 1-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.