Oliqarx ərlərindən qalmaqallı şəkildə boşanan qadınlar - Fotolar

oliqarx-erlerinden-qalmaqalli-sekilde-bosanan-qadinlar
Oxunma sayı: 2562

Ailə dramları milyarderlərin də həyatında yaşanır. Zəngin insanların boşanmaları da qalmaqalsız ötüşmür.

“Qafqazinfo” oliqarx ərlərindən qalmaqallı şəkildə boşanan qadınları təqdim edir:

Vladimir və Olqa Slutsker

Çuvaşiyanın keçmiş senatoru ilə Olqa Slutskerin boşanması 2009-cu ildə olub. Boşanma ərizəsi Vladimir tərəfindən verilib. O, Olqanı sədaqətsizlikdə ittiham edərək uşaqları uzun müddət anaları əleyhinə çıxarıb və onları göstərməyib. Olqa övladları üzərində qəyyumluq hüququ üçün məhkəməyə müraciət edərək qalib gəlib. Ancaq o, bununla da kifayətlənməyib. Vladimirin 30 milyon dollarlıq müasir incəsənət kolleksiyasını, Londondakı 60 milyon funt-sterlinq dəyərində malikanəsini və bir neçə mənzilini də ala bilmişdi. Hazırda Olqa Rusiyanın ən varlı qadınlarından hesab olunur.

Tatyana Pançenkova və Şalva Çiqirinski

Tatyana ilə Şalvanın boşanması da heç də xoş xatirələrlə yadda qalmayıb. Ayrılıq ərəfəsində biznesmenin işləri yolunda getmədiyindən bütün problemləri və borcları Tatyanın üzərində qoyaraq xaricə köçüb. Bundan sonra çoxsaylı məhkəmələr başlayıb. Tatyana ərindən 354 milyon rubl dəyərində mülk iddiası qaldırıb. Şalva isə bunun qarşılığında 100 milyon dollar mənəvi təzminat tələb etmişdi.

Natalya və Vladimir Potaninlər

Potaninlər cütlüyü 30 illik evlilikdən sonra 2013-cü ildə boşanmaq qərarına gəliblər. Natalya ərindən qanunla ona çatmalı olan hər şeyi tələb edirdi. Bu isə elə də kiçik məbləğ deyildi: “Norilskiy nikel” və “İnterros İnterneşnl” şirkətlərində səhmlər, iri məbləğdə pul və ailə mülkünün bir hissəsi.

Məhkəmə qərarı ilə Natalyaya iki ev, üç böyük torpaq sahəsi, Moskvadakı malikanənin yarısı verildi. 2017-ci ildə Natalya yenidən məhkəməyə baş vuraraq keçmiş ərindən birgə əmlaka görə 215 milyon rubl tələb etmişdi. Ancaq məhkəmə bu tələbi yerinə yetirməmişdi.

Yelena və Dmitri Rıbolovlevlər

Boşandıqdan sonra Yelena ölkənin ən zəngin qadını ola bilərdi, ancaq bəxti gətirmədi. Məhkəmə əvvəlcə oliqarxın xanımına 4,5 milyard dollar təzminat ödəməsinə qərar versə də, Dmitri qərardan şikayət edərək onu qüvvədən salmağı bacarmışdı. Buna baxmayaraq, Yelena 604 milyon dollar təzminat, incəsənət əsərlərinin kolleksiyasını, İsveçrədə mülk əldə edə bilmişdi.

Yelena Novitskaya və Aleksey Mordaşov

Mordaşovlar 1996-cı ildə boşanarkən Yelena 8,9 milyon rubl təzminat, çoxmərtəbəli binada mənzil, “VAZ 21 09” avtomobili almışdı. O həm də uşaqları üçün 60 min rubl aliment tələbini təmin etmişdi. 1998-ci il iqtisadi böhrandan sonra Yelena birinci məhkəmənin qərarını ləğv etdirib yeni təzminat qərarı çıxarılması üçün müraciət etsə də, istəyinə nail ola bilməmişdi.

Nuranə Abbasova