Ölkədə nə qədər işsiz var?

olkede-ne-qeder-issiz-var
Oxunma sayı: 589

Ötən il ölkədə işsizlərin sayı 279,1 min nəfər olub.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin  2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

2026-cı il yanvarın 1-nə olan ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5384,3 min nəfər olub. Onlardan 5105,2 min nəfərini məşğul əhali təşkil edib.

Nuranə Daxilqızı