“Ölkəni Yusupov kimi idarə etsəydilər...” - Putindən ismarıc+Video

“Ölkəni Yusupov kimi idarə etsəydilər...”
Oxunma sayı: 4371

Rusiya prezidenti Vladimir Putin avqustda Moskvaətrafında qarğıdalı tarlasına qəza enişi edən və 226 sərnişinin həyatını qurtaran “A321” təyyarəsinin heyət üzvlərini təltif edib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Kreml rəhbəri laynerin pilotu Dəmir Yusupovla söhbətində zarafatından da qalmayıb.

Putin Yusupova müraciət edərək “Çox sağ olun ki, təyyarəni təhlükəsiz idarə edirsiz. Əgər digərləri də sizin təyyarəni idarə etdiyiniz kimi ölkəni idarə etsəydilər, çox yaxşı olardı” deyib.

Prezidentin bu sözləri məmurlara ismarıc kimi dəyərləndirilib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi