Ölkənin ən yaşlı tələbəsi odur - Foto

olkenin-en-yasli-telebesi-odur
Oxunma sayı: 6271

Azərbaycanda ən yaşlı tələbə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan 73 yaşlı Musa Mahmudovdur.

“Qafqazinfo” xəbər verir ki, o, təhsil müəssisəsində arıçılıq ixtisası üzrə təhsil alır.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə səfəri zamanı M. Mahmudovla görüşüb və ona təhsil həyatında uğurlar arzulayıb.

Qeyd edək ki,  M. Mahmudov 1951-ci ildə Qəbələnin Vəndam kəndində doğulub. O, 2004-cü ildən arıçılıqla məşğuldur.