Ölümcül virusa yoluxanlar üçün təcili xəstəxana tikilir - Video

olumcul-virusa-yoluxanlar-ucun-tecili-xestexana-tikilir
Oxunma sayı: 3424

Çinin Uxan şəhərində koronavirusa yoluxmuş pasiyentlər üçün müvəqqəti xəstəxananın tikintisinə başlanılıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Sinxua” agentliyi xəbər verib.

1000 yerlik xəstəxananın tikintisinin on gün ərzində yekunlaşdırılması planlaşdırılır. Fevralın 3-də onun istifadəyə veriləcəyi gözlənilir.

“South China Morning Post” qəzetinin məlumatına görə, xəstəxananın tikintisinə yüzlərlə işçi cəlb olunub. Tikinti prosesinin sürətli getməsi üçün hökumət işçilərə gündəlik olaraq 173 ABŞ dolları məbləğində əməkhaqqı verir. Bu, onların normada qazandıqları əməkhaqqından üç dəfə çoxdur.