Omandakı danışıqlarda mövzu nə olub? - Detallar açıqlandı

omandaki-danisiqlarda-movzu-ne-olub
Oxunma sayı: 413

ABŞ və İran arasında Omanın paytaxtı Maskatda keçirilən danışıqlarda rəsmi Vaşinqtonun müzakirələri yalnız nüvə məsələləri ilə məhdudlaşdırmağa razılıq verdiyi bildirilir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ-nin Maskat danışıqlarına qoşulması İranın müəyyən etdiyi çərçivəni qəbul etməsi kimi qiymətləndirilir.

Məlumatlı mənbənin sözlərinə görə, Vaşinqton vasitəçilər vasitəsilə Tehrana mesaj göndərərək dialoqun yalnız nüvə dosyesini əhatə edəcəyini təsdiqləyib. İran tərəfi danışıqlar üçün öz “qırmızı xətlərini” belə müəyyən edib: müzakirələr yalnız nüvə proqramına yönəlməli, Tehran uranın zənginləşdirilməsi hüququndan imtina etməməli, regional məsələlər və raket proqramı isə müzakirə mövzusu olmamalıdır.

Xatırladaq ki, fevralın 6-da baş tutan görüş 2025-ci ilin iyunundakı İran-İsrail gərginliyindən sonra keçirilən ilk yüksəksəviyyəli təmasdır.