Ordumuz 30 il sonra Ağdərənin Çərəkdar kəndinə daxil oldu - Video

ordumuz-30-il-sonra-agderenin-cerekdar-kendine-daxil-oldu
Oxunma sayı: 6926

Azərbaycan Ordusu Ağdərə rayonunun Çərəkdar kəndinə daxil olub.

“Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çərəktar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilib. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu.