Ötən gecə İsrailə 200-dən çox raket atılıb

oten-gece-israile-200-den-cox-raket-atilib
Oxunma sayı: 1868

Ötən gecə ərzində Qəzza zolağından İsrail ərazisinə 200-dən çox raket atılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Raket atışlarının sayı dünən saat 19:00-dan bu gün saat 7:00-a qədər qeydə alınıb.

"Atılan 30-a yaxın raket Qəzza zolağına düşüb. Raket əleyhinə müdafiə sistemi 100-dən çox raketin qarşısını alıb",-deyə açıqlamada bildirilib.

Qeyd edək ki, toqquşmaların başladığı gündən etibarən Fələstin ərazilərindən İsrailə 2000-dən çox raket atdığı bildirilir.