Övladlarının təbriki Miri Yusifi ağlatdı - Video

ovladlarinin-tebriki-miri-yusifi-aglatdi
Oxunma sayı: 3340

Övladlarının Xalq artisti Miri Yusifi doğum günü münasibətilə təbrik etməsi müğənnini ağladıb.  

“Qafqazinfo” xəbər verir ki, həmin anlar “Səhər mərkəzi” verilişində yaşanıb. Müğənninin iki oğlu və bir qızı video çəkərək atalarına sürpriz ediblər. 

“Əziz ata, səni ürəkdən təbrik edirəm. Çox sağlam yaşa. Sən mənim ən yaxın dostum və ən böyük dayağımsan. Səni sevirəm”, - sənətçinin böyük oğlu deyib.

“Bu gün sənin ad günündür, bu gün sənin şad günündür, mənim atam. Bu gün bizim də şad günümüzdür. Ad günün mübarək, mənim ən böyük qəhrəmanım. Səni dünyalar qədər sevirəm”, - sənətçinin qızı deyib.

“Mən səni çox sevirəm. Yaxşı ki, doğulmusan”, - sənətçinin kiçik oğlu deyib.

Övladlarının təbrikini izləyən Miri Yusif göz yaşlarına hakim ola bilməyib, sürprizin çox gözəl olduğunu deyib.