Özbəkistanda baş verənlərlə bağlı Rusiyadan - Açıqlama

Özbəkistanda baş verənlərlə bağlı Rusiyadan
Oxunma sayı: 3518

“Qaraqalpaqıstan Muxtar Respublikasında baş verən hadisələr Özbəkistanın daxili işidir”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov verdiyi açıqlamada deyib.

Özbəkistanın Rusiyanın müttəfiqi olduğunu bildirən Peskov, “Özbəkistanda baş verənlər ölkənin daxili işidir. Özbəkistan rəhbərliyinin aktiv fəaliyyəti ilə mövcud problemlərin həll olunacağına heç bir şübhəmiz yoxdur” deyib.

Qeyd edək ki, iyulun 1-i Özbəkistanın tərkibinə daxil olan Qaraqalpaqıstan Muxtar Respublikasının paytaxtı Nukus şəhərinin sakinləri ölkə Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərə görə mitinq keçirmişdi.