Özündən 40 yaş kiçik qızla evlənir

ozunden-40-yas-kicik-qizla-evlenir
Oxunma sayı: 3377

Türkiyənin məşhur şoumeni Mehmet Ali Erbil özündən 40 yaş kiçik Alisa Nasya Denizlə sevgilidir. “Qafqazinfo” xəbər verir ki, bir müddət əvvəl eşq dedi-qoduları gəzən, daha sonra “sevgili yox, dostluq münasibətimiz var” deyən cütlük restorandan çıxarkən görüntülənib.

Erbil KİV nümayəndələrinin suallarını cavabsız qoysa da, 22 yaşlı Alisa aparıcı-aktyorla münasibətdə olduğunu etiraf edib: “İki ildir bir aradayıq və çox xoşbəxtəm”.

Bundan sonra cütlüyün evlənəcəkləri barədə məlumatlar yayılıb. Hətta, Alisa barmağındakı üzüyü ilə diqqət çəkib.