Rekord məbləğə malikanə aldı - 170 milyonluq villadan fotolar

rekord-meblege-malikane-aldi
Oxunma sayı: 1717

“Meta” şirkətinin rəhbəri Mark Zukerberq rekord məbləğə malikanə alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.

Belə ki, Zukerberq həyat yoldaşı Prisilla Çanla birlikdə Biskeyn körfəzində yerləşən süni İndian-Krik adasında malikanə sahibi olub. Malikanənin onlara 170 milyon dollara (289 milyon AZN) başa gəldiyi bildirilir. Bu məbləğ Florida ştatının Mayami dairəsi üçün rekord hesab olunur.

Zukerberqdən başqa, İndian-Krik adasında “Amazon”un qurucusu Ceff Bezos, sahibkar Karl Aykan, futbolçu Tom Bredi, müğənni Xulio İqlesias, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner İvanka Trampla birlikdə daşınmaz əmlaka sahibdirlər. Ümumilikdə adada təxminən 40 malikanə yerləşir.

Qeyd edək ki, ötən il Zukerberq Vaşinqtondakı ən bahalı evlərdən birini almışdı. Nüfuzlu Vudlend-Normenstoun rayonunda yerləşən, sahəsi 1400 kvadratmetr olan malikanə ona 23 milyon dollara başa gəlmişdi. Bu, Vaşinqton tarixindən ən bahalı üçüncü satınalma olmuşdu.