“Özünüzə sənət tapın, “bezdarnı” yığını...” - Sərt açıqlama

ozunuze-senet-tapin-bezdarni-yigini
Oxunma sayı: 2868

“Təsadüfən ATV kanalında yayımlanan bir seriala baxdım, dəhşətə gəldim. Bu qədər qeyri-profesionallıq olar? Belə biabırçılıq olar? Geyim üzrə rəssam yoxdur?”

Qafqazinfo” xəbər verir ki, bu sözləri Gənc Tamaşaçılar teatrının akrisası, əməkdar artist Naibə Allahverdiyeva sosial şəbəkədə yazıb.

O, adını qeyd etmədiyi ekran işini tənqid atəşinə tutub:

“Hadisə içi bahalı əşyalarla dolu olan bir villada baş verir. Ana rolunu (villanın sahibəsi) ifa edən aktrisanın qrimi, saç düzümü, əynindəki xalatı varlı qadını yox, xadiməni xatırladır. Operator və rejissor işindən danışmağı lüzum bilmirəm, faciədir.

Məişət dilini seriallara gətirirlər, guya ki, danışıq dilidir. Başa düşmürlər ki, kinonun öz dilini var. Seriallarda rol alan istedadlı aktyorlarda rejissor naşılığı səbəbindən pis vəziyyətə qalırlar. Gedin özünüzə başqa sənət tapın, “bezdarnı” yığını...”