Pakistanda Baş nazir seçkiləri keçiriləcək

pakistanda-bas-nazir-seckileri-kecirilecek
Oxunma sayı: 1430

Pakistan Milli Assambleyasının üzvləri ölkənin yeni Baş nazirini seçəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Dawn” qəzeti Milli Assambleyanın Katibliyinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, yeni hökumət başçısı üçün seçkilər martın 3-də keçiriləcək. Bu vəzifə üçün Milli Assambleyaya seçkilərdə Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif və Ədalət Hərəkatının yüksək vəzifəli funksioneri Ömər Əyyub Xan mübarizə aparır.