Parada hazırsız?

parada-hazirsiz
Oxunma sayı: 651

Şou təşkilatçılarının press-relizində bildirilir ki, yarış maşınları otel qarşısında sərgiyə çıxarılacaq. Burada rəsmi mətbuat konfransı keçiriləcək və avtoqraf paylanacaq.

Avtoqraf paylanması mərasiminin ikinci hissəsi “Park Bulvar”da keçiriləcək. Parad rəsmi olaraq “City Challenge” tədbirinin başlanmasına üç gün qalmış start götürəcək. Bu tədbir ərəfəsində Hökumət Evi binasının ətrafında müvəqqəti olaraq quraşdırılmış zolaq üzrə idman maşınlarının yarışı keçiriləcək.

Artıq bir neçə gündür ki, Bakının mərkəzi küçələrində sürücülər və piyadalar yarış maşınlarının gələcək yolunu metal torlar və beton plitələrlə çərçivəyə alanları lənətləyir. Bütün bunlar avtomobil tıxaclarını artırıb, bir sıra yerlərdə küçələri piyadalar üçün keçilməz edir.