Parkda ağac sındı - Ölən var

parkda-agac-sindi
Oxunma sayı: 7353

Bu gün Ağstafa rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, şəhərdə yerləşən parkdakı çinar ağaclarından biri qəfil sınıb.

Nəticədə sınmış hissə 2000-ci il təvəllüdlü Seymur Məmmədovun üzərinə düşüb.

23 yaşlı oğlan aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.