Paşinyan Fransada səfərdədir

pasinyan-fransada-seferdedir
Oxunma sayı: 2451

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın paytaxtı Parisə rəsmi səfər edib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyanla yanaşı ölkənin xarici işlər naziri Ararat Mirzoyan, səhiyyə naziri Anait Avanesyan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və digər rəsmi şəxslər də Parisdə səfərdədirlər. 

Paşinyan səfər çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşəcək və “Ambisiya: Ermənistan-Fransa” forumunda iştirak edəcək.