Paşinyan İlham Əliyevin qərarını alqışladı - “Mühüm nailiyyətdir”

pasinyan-ilham-eliyevin-qerarini-alqisladi
Oxunma sayı: 1284

“Cənubi Qafqazda kommunikasiyaların açılması Avrasiya İqtisadi İttifaqı ölkələri ilə iqtisadi əlaqələri gücləndirəcək”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının Moskvada keçirilən iclasında deyib.

“Qeyd etmək istərdim ki, regionda baş verən müsbət dəyişikliklər iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açır və regional kommunikasiyaların blokunun açılması regionun bütün ölkələri üçün regional əlaqələrin genişləndirilməsi və iqtisadi dayanıqlığın gücləndirilməsi üçün mühüm amilə çevrilə bilər”, - o bildirib.

Paşinyan həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana göndərilən yüklərin Azərbaycan ərazisindən keçməsi üçün tranzit yolunun açılması qərarını alqışlayıb.

“Bu, regionumuzda sülh və sabitliyin bərqərar olmasında mühüm nailiyyətlərdən biridir”, - deyə o əlavə edib.