Paşinyan müxalifəti danışıqlar masasına çağırdı

pasinyan-muxalifeti-danisiqlar-masasina-cagirdi
Oxunma sayı: 2330

Yerevanda Baş nazir Nikol Paşinyanın tərəfdarlarının yürüşü başa çatıb.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Paşinyan hökumətin bugünkü missiyasının başa çatdığını bəyan edib:

“Biz bu dəqiqədən etibarən aksiyanı dayandırırıq və müxalifətdən olan həmkarlarımızı da buna çağırırıq, onları bizimlə birlikdə danışıqlar masasına oturmağa dəvət edirik”.

Paşinyan bildirib ki, bu gün Respublika meydanındakı mitinqdən sonra ona xalqın mövqeyi də aydın oldu:

“Biz xalqın mövqeyini öyrənmiş olduq. Onlar bu gün Respublika meydanında bizimlə birlikdə olan minlərlə insandır. Mən hamıya bir şeyi söz verirəm – daha “məxməri inqilab” olmayacaq”.

Paşinyan hökumət binasına gedəcəyini və orada müşavirə keçirəcəyini bildirib.