Paşinyan onunla belə zarafatlaşdı - Video

pasinyan-onunla-bele-zarafatlasdi
Oxunma sayı: 977

Ermənistanın Baş naziri Nikol Paşinyanın Polşaya rəsmi səfəri polşalı həmkarı Donald Tusk ilə maraqlı və səmimi görüntülərlə yadda qalıb.

“Qafqazinfo” xəbər verir ki, Varşavada baş tutan görüşdən sonra Paşinyan sosial şəbəkə hesabında Tuskla olan videosunu izləyiciləri ilə bölüşüb.

Videoda Paşinyanın son vaxtlar imicinin ayrılmaz hissəsinə çevrilən ənənəvi papağını taxdığı, Donald Tuskun isə əli ilə “ürək” işarəsi göstərdiyi əks olunub. Ermənistanın Baş naziri isə polşalı həmkarının bu jestinə “Great” (Əla) deyərək reaksiya verib.

Qeyd edək ki, iki günlük səfər çərçivəsində tərəflər iqtisadiyyat, təhlükəsizlik və Ermənistan-Aİ əməkdaşlığı perspektivlərini müzakirə ediblər. Paşinyanın sözügedən qeyri-rəsmi paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.