Paşinyan Putini təbrik etdi

pasinyan-putini-tebrik-etdi
Oxunma sayı: 1440

Ermənistanın Baş naziri Nikol Paşinyan Vladimir Putini Rusiyada prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb. 

Paşinyan təbrikində iki ölkə arasında qarşılıqlı maraq kəsb edən bütün istiqamətlər üzrə dialoqun inkişafına ümid etdiyini vurğulayıb.