Paşinyan Azərbaycanla sülhə görə Putinə təşəkkür etdi

pasinyan-azerbaycanla-sulhe-gore-putine-tesekkur-etdi
Oxunma sayı: 793

Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşən Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sülh prosesinə verilən dəstəyə görə minnətdarlığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Paşinyan Bakı və İrəvan arasında münasibətlərin normallaşmasının Rusiya-Ermənistan əlaqələrinin inkişafına müsbət töhfə verəcəyinə əminliyini ifadə edib. Baş nazir Cənubi Qafqazda çox vacib və müsbət inkişafların baş verdiyini diqqətə çatdırıb.

“Ermənistan və Azərbaycan arasında sülh prosesinə verdiyiniz dəstəyə görə sizə təşəkkür etmək istərdim. Avqustun 8-dən sonra telefon danışığımızda müzakirə etdiyimiz kimi, əldə edilən sülh Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün yeni imkanlar açacaq”, – deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, görüşdə həmçinin regional nəqliyyat kommunikasiyalarının açılması və digər qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi bildirilir.