Paşinyanın əleyhdarları parlamentin binası qarşısında gecələyir - Video

pasinyanin-eleyhdarlari-parlamentin-binasi-qarsisinda-geceleyir
Oxunma sayı: 2429

Ermənistanda hakimiyyətin opponentləri Baqramyan prospektində Ermənistan Milli Məclisinin binası qarşısında gecələyirlər.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, onlar düşərgə üçün qanunverici orqan binasının hasarı yaxınlığında yolun hərəkət hissəsini seçiblər. 

Müxalifət tərəfdarları burada beş böyük çadır və bir neçə kiçik çadır qurub. Onlar qızınmaq üçün tonqallar yandırırlar. Polis əməkdaşları da isinmək üçün tonqal ətrafına toplaşıb. Onlar müxalifətçilərlə son hadisələri müzakirə edirlər. Bundan başqa, polislər parlamentin hasarını da mühafizə edir. Həmçinin onların maşınları çadır düşərgəsinin hər iki tərəfindən Baqramyan prospektinə girişi bağlayıb.